Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Avstriyadakı icmamız arxiyepiskop Frans Laknerə müraciət edib

Avstriyadakı icmamız arxiyepiskop Frans Laknerə müraciət edib
30.01.2024
A+
A-

 

 

 

Avstriyadakı icmamız arxiyepiskop Frans Laknerə müraciət edib

2024

 

 

 

Avstriyadakı icmamız arxiyepiskop Frans Laknerə müraciət edib

 

 

Avstriyada yaşayan Azərbaycan icması Zalsburq arxiyepiskopu Frans Laknerin “Information Christian Orient” jurnalına müsahibəsində ölkəmizin Qarabağ bölgəsi ilə bağlı yanlış fikirlərinə etirazını bildirib.

 

 

 

Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri, Zalsburq Azərbaycan Evinin rəhbəri Fərid Əzizovun adından Frans Laknerə ünvanlanmış müraciətdə Avstriyada yaşayan soydaşlarımızın məyusluğu nəzərə çatdırılıb. Müraciətdə çar Rusiyasının və sovet imperiyasının ermənilərə havadarlıq etdiyi, Stalinin Dağlıq Qarabağı və Naxçıvanı ermənilərə hədiyyə etmək istədiyi, lakin buna nail ola bilmədiyi, bu himayə altında ermənilərin və Ermənistan Respublikasının XX əsrdə Azərbaycana qarşı təcavüzkar, işğalçı, soyqırımı, etnik təmizləmə, terror siyasəti yürütdüyü, BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə dair 4 qətnaməsinin 30 ilə yaxın müddət ərzində yerinə yetirilmədiyi, Azərbaycan Respublikasının bu qətnamələri təkbaşına və beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirməyə məcbur olduğu faktlarla və bütün təfərrüatı ilə xatırladılıb.

 

 

 

Tarixi mənbələrdə “Artsax” adlı respublikanın olmadığı, Qarabağda mövcud olan kilsələrin qədim alban məbədləri olduğu, albanların həmin məbədləri inşa etdikləri dövrdə Qarabağda ermənilərin yaşamadığı, Azərbaycan dövlətinin bu məbədləri göz bəbəyi kimi qoruduğu bildirilib. Erməni təcavüzkarlarının isə Qarabağ bölgəsində həm də dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələri olan Azərbaycan milli mədəniyyət ocaqlarını barbarcasına dağıtdıqlarına və məhv etdiklərinə diqqət cəlb edilib.

 

 

 

 

Laknerin “Dağlıq Qarabağdan olan erməni əsgərlərinin silahlarından indi Rusiya Ukraynaya qarşı istifadə edir” fikrinə cavab olaraq yada salınıb ki, Ermənistanın Gümrü adlı ərazisində Rusyanın hərbi bazaları xidmət göstərir. Bundan başqa, Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən indiyədək Ermənistan hərbi müttəfiqi olduğu Rusyaya silah və canlı qüvvə göndərir.

 

 

 

 

Multikultural və tolerat dəyərlərə malik olan Azərbaycanda etnik erməni olan vətəndaşlarımızın indiyədək çox rahat və təhlükəsiz şəkildə yaşadıqları, son üç il ərzində rəsmi Bakının dəfələrlə Qarabağda yaşayan etnik ermənilərin Azərbaycan vətəndaşlığını qəbul edəcəkləri təqdirdə, ölkə ərazisində qala biləcəklərini bəyan etdiyi, amma Azərbaycana qarşı müharibədə və hərbi cinayətlərdə iştirak etmələri səbəbindən ermənilərin Qarabağı könüllü tərk etdikləri, Azərbaycan dövlətinin humanizm göstərərək onları yanacaq və qida ilə təmin etdiyi diqqətə çatdırılıb.

 

 

 

 

Cəmiyyət sədri Azərbaycanda müxtəlif millətlərin dinc və mehriban yaşadıqlarını görməsi üçün yepiskop Frans Lakneri Azərbaycana səfərə dəvət edib və onu bu səfərdə müşayiət etməyə hazır olduğunu bildirib.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/avstriyadaki-icmamiz-arxiyepiskop-frans-laknere-muraciet-edib-4140

 

 

 

REKLAM ALANI