Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Azərbaycanlı pianoçunun Kennedi Mərkəzindəki konserti anşlaqla qarşılanıb

Azərbaycanlı pianoçunun Kennedi Mərkəzindəki konserti anşlaqla qarşılanıb
17.01.2023
A+
A-

 

 

 

 

 

 

Azərbaycanlı pianoçunun Kennedi Mərkəzindəki konserti anşlaqla qarşılanıb

2023

 

 

 

Azərbaycanlı pianoçunun Kennedi Mərkəzindəki konserti anşlaqla qarşılanıb

Vaşintondakı məşhur Kennedi Mərkəzinin Millenium səhnəsində Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təsisçisi, tanınmış pianoçu, beynəlxalq müsabiqələr laureatı, Azərbaycanın əməkdar artisti Nərgiz Əliyarovanın solo konserti olub.

Konsert öncəsi tamaşaçıları salamlayan Nərgiz Əliyarova bildirib ki, Nyu-Yorkda yaşayan azərbaycanlı musiqiçi kimi bu nəhəng konsert salonunda “İpək Yolunun musiqisi” (“Music of the Silk Road”) adlı solo proqram təqdim eməkdən çox məmnundur. Qeyd edib ki, proqrama İpək Yolu üzərində yerləşən 3 ölkənin – Azərbaycan, Türkiyə və İran bəstəkarlarının əsərləri daxil olub. Azərbaycanın qədim tarixi və zəngin mədəniyyəti barədə danışan musiqiçi nəzərə çatdırıb ki, dilimiz türk dilləri qrupuna daxildir, mədəniyyətimiz Türkiyə ilə, xüsusilə də İranın Güney Azərbaycanında yaşayan 40 minə yaxın azərbaycanlı ilə bənzərdir.

Sonra pianoçunun ifasında Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Firəngiz Əlizadə, Faiq Sücəddinov və Lalə Cəfərovanın, türk bəstəkarları Ülvi Camal Erkin və Fazil Sayın, İranın ilk qadın dirijoru Gölnuş Xaleğinin, Güney Azərbaycandan olan bəstəkar Aria Torkanborinin əsərləri səsləndirilib. Tamaşaçılar pianoçunun ifasını alqışlarla qarşılayıblar. Pianoçumuz hər bəstəkarın əsərini ifa etməkdən öncə onların həyatları barədə məlumat verib.

Anşlaqla başa çatan konsert zamanı tamaşaçılar zala sığmayıblar. Onların bir hissəsi pianoçunu ayaq üstə dinləyiblər.

Kennedi Mərkəzi konserti canlı yayımlayıb. Videogörüntülər mərkəzin saytında və YouTube kanalında yerləşdirilib.

Konserti aşağıdakı linklərdən izləmək mümkündür:

https://www.kennedy-center.org/whats-on/millennium-stage/2023/january/music-of-the-silk-road-nargiz-aliyarova/

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/azerbaycanli-pianocunun-kennedi-merkezindeki-konserti-anslaqla-qarsilanib-2186

 

 

REKLAM ALANI