Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Komitə sədri simpoziumda çıxış edib

Komitə sədri simpoziumda çıxış edib
20.06.2023
A+
A-

Komitə sədri simpoziumda çıxış edib

2023

 

 

 

Komitə sədri simpoziumda çıxış edib

 

 

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Bakıda keçirilən “Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu”nun açılış mərasimində çıxış edib.

 

 

 

 

Tədbirin Tibb İşçilərinin Peşə Bayramı Gününə təsadüf etdiyini xatırladan Komitə sədri bu münasibətlə simpozium iştirakçılarını təbrik edib, çətin və şərəfli missiyalarında uğurlar arzulayıb.

 

 

 

 

O qeyd edib ki, bu il 100 illik yubileyini qürurla keçirdiyimiz ulu öndər Heydər Əliyevin rəhbərliyi altında vaxtilə səhiyyə sahəsində həyata keçirilən islahatların uğurlu nəticəsidir ki, tibb sahəsində ixtisaslı kadrlarımızın sayı getdikcə artır: “Sevindirici haldır ki, ötən əsrin sonlarından başlayaraq, dünyanın müxtəlif ölkələrinə elm və təhsil üçün yol alan gənclərimiz hal-hazırda ixtisaslı kadr olaraq nəinki ölkəmizdə, hətta dünyanın bir sıra inkişaf etmiş xarici ölkələrinin məşhur tibb müəssisələrində də böyük müvəffəqiyyətlə fəaliyyət göstərir, öz elmi nailiyyətləri, dünya elminə töhfə verən ideya və kəşfləri ilə ən nüfuzlu universitetlərin elmi dairələrində sayılıb-seçilirlər. Onlar öz sahələri üzrə nüfuzlu elmi jurnallarda aktual mövzularda çıxış edir, beynəlxalq səviyyəli elmi dairələr tərəfindən qəbul edilir, istinad olunur, etimad göstərilirlər”.

 

 

 

 

 

Bildirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkələrdə yaşayan müxtəlif sahələr, o cümlədən tibb sahəsi üzrə də ixtisaslaşmış soydaşlarımızla mütəmadi əlaqə saxlayır, onlarla əməkdaşlıq edir, onların bu sahədə keçirdikləri tədbirlərə müvafiq dəstək göstərir: “Belə tədbirlər sırasında ötən ilin mart ayında Köln şəhərində Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə keçirilən “Almaniyadakı Azərbaycanlı Həkimlərin Forumu”nu qeyd etmək olar. Əsas məqsədi Almaniyanın müxtəlif aparıcı tibb ocaqlarında nüfuz sahibinə çevrilən azərbaycanlı elm adamlarını və gənc həkimləri bir araya gətirmək, onlar arasında elmi-praktik mübadilənin aparılmasına xidmət edən Forumda Almaniyanın müxtəlif şəhərlərindən olan 200-ə yaxın tibbin müxtəlif sahələrinin – neyrologiya, aftolmologiya, travmotologiya, kordiologiya, stomotologiya, uşaq cərrahiyyəsi, pnevmologiya, urologiya, radiologiya, plastik cərrahiyyə, və digər ixtisaslar üzrə peşəkar mütəxəssisi olan soydaşlarımız iştirak etmişdi”.

 

 

 

 

Pandemiya dövründə görülmüş işlərə toxunan Komitə sədri deyib ki, COVID-19 digər qurumların olduğu kimi, Diasporla İş üzrə Dövlət Komitəsi, o cümlədən diaspor təşkilatlarının da fövqəladə vəziyyətlərə hazırlıq imkanlarını üzə çıxardı: “Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı altında Dövlət Komitəsi tərəfindən çevik tədbirlər həyata keçirilmiş, o cümlədən 24/7 çalışan qərargah yaradılmış, Azərbaycanlıların Koordinasiya şuraları və Azərbaycan evləri gücləndirilmiş rejimdə fəaliyyət göstərmişdi. Pandemiya dövründə təkcə Dövlət Komitəsinin qaynar xəttinə 18 minə yaxın zəng, Azərbaycan evlərinə, Koordinasiya şuralarına ümumilikdə 51 ölkədən 9 minə yaxın müraciət daxil olmuşdu. 33 ölkə üzrə 6857 nəfər soydaşımıza maddi yardım edilmiş, sərhədlərin qapanması ilə əlaqədar azərbaycanlıların təxliyəsinə dəstək göstərilmişdi. Qürurverici haldır ki, dünyanın bir çox ölkələrində fəaliyyət göstərən həkimlərimiz Azərbaycan dövlətinin, xalqının taleyüklü məsələlərinə biganə qalmır, Vətənin çətin günlərində öz əməklərini əsirgəmirlər. Bir faktı xatırladım ki, 44 günlük Vətən müharibəsində qalib ordumuza xidmət göstərmək üçün Vətənə gələn və gəlmək istəyən həkimlərimizin sayı minlərlə idi. Müharibədən sonra da xeyli sayda qazimizə həkim soydaşlarımız tərəfindən müvafiq dəstək göstərildi”.

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/komite-sedri-simpoziumda-cixis-edib-3122

REKLAM ALANI