Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Pyatiqorskdakı Azərbaycan icması humanitar yardımı Türkiyənin Baş konsulluğuna təhvil verib

Pyatiqorskdakı Azərbaycan icması humanitar yardımı Türkiyənin Baş konsulluğuna təhvil verib
14.02.2023
A+
A-

 

 

Pyatiqorskdakı Azərbaycan icması humanitar yardımı Türkiyənin Baş konsulluğuna təhvil verib

, 2023
Pyatiqorskdakı Azərbaycan icması humanitar yardımı Türkiyənin Baş konsulluğuna təhvil verib
Rusiyanın Stavropol vilayətinin Pyatiqorsk şəhərində fəaliyyət göstərən “Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin rəhbərliyi Türkiyənin Novorossiysk şəhərindəki Baş konsulluğunu ziyarət edib.

Ziyarət zamanı “Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Təhmasib Zeynalov qardaş ölkədə baş vermiş dağıdıcı təbii fəlakətlə əlaqədar Türkiyənin Novorossiyk şəhərindəki Baş konsulu Fırat Bayara başsağlığı verib. “Araz”ın Pyatiqorsk, Kislovodsk, Mineralnıye Vodı, Yessentuki, Georgevsk, Budenovsk, Nevinamınsk, Stavropol şəhərlərindəki təşkilatları, Qaraçay-Çərkəz, Kabardin-Balkar Respublikalarındakı Azərbaycan diaspor təşkilatları üzvlərinin və Şimali Qafqazda yaşayan müxtəlif icmaların zəlzələ nəticəsində həlak olanların doğmalarının və yaxınlarının kədərinə şərik olduğunu, yaralıların tezliklə sağalmasını dilədiklərini bildirib. Nəzərə çatdırıb ki, Stavropol diyarındakı və Şimali Qafqazdakı Azərbaycan diaspor təşkilatları Türkiyənin acısını öz acıları kimi qəbul edərək, qardaş ölkəyə humanitar yardımın toplanmasında fəal iştirak ediblər.

Sonra “Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin operativ qərargahında 3,5 milyon rubl dəyərində toplanan humanitar yardım Baş konsulluğa təhvil verilib.

Baş konsul Fırat Bayar çətin günlərdə Türkiyənin yanında olan Azərbaycan diaspor təşkilatlarına minnətdarlığını bildirib.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/pyatiqorskdaki-azerbaycan-icmasi-humanitar-yardimi-turkiyenin-bas-konsulluguna-tehvil-verib-2383

 

 

REKLAM ALANI